AZ

Trampdan Kuba barədə açıqlama

ABŞ Prezidenti Donald Trump Amerikada yaşayan kubalıların ondan kömək istədiklərini bildirib.Metbuat.az xəbər verir ki, Tramp onlara humanitar yardım etmək istədiyini ifadə edib. Ağ Evdə Kuba məsələsinin müzakirə olunduğu tədbirdən sonra jurnalistlərə açıqlama verən Tramp bildirib ki, Kubanın heç nəyi yoxdur.

ABŞ lideri onları dəstəkləyəcəklərini qeyd edib. ABŞ-də, xüsusilə də Floridada çox sayda kubalı amerikalının yaşadığını deyən Tramp, Kuba ilə bağlı addımlar atacaqlarını vurğulayıb. O, ABŞ-də yaşayan kubalıların öz ölkələrinə qayıda biləcəklərini də bildirib.

Seçilən
19
metbuat.az

1Mənbələr