Almaniyanın Brandenburq şəhərində keçiriləcək 19 yaşadək avarçəkənlərin Avropa çempionatında Azərbaycanı bir idmançı təmsil edəcək.


Bu barədə Rekord.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.


Turnirdə Azər İlyasov mübarizə aparacaq. Gənc avaçəkən artıq sözügedən ölkəyə yollanıb.


Xatırladaq ki, Avropa çempionatı mayın 23-24-də təşkil olunacaq.