AZ

Litvada yüngül mühərrikli təyyarə qəzaya uğradı, pilot öldü

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Litvada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Delfi" agentliyi məlumat yayıb.

"Ukrayna istehsalı olan, uçuş aparatının 82 yaşlı sahibi Kazimeras Masilyonis tərəfindən idarə edilən iki yerli yüngül mühərrikli "Aeroprakt A-22" markalı təyyarə Radvilişkis rayonunun Rokonyay kəndi yaxınlığında yerə düşüb. Qəza zamanı pilot həlak olub", - məlumatda bildirilib. Toyuqlu pizza

Dəqiqləşdirilib ki, hava gəmisindəki qadın sərnişin xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Sərvətini aqrar biznesdə qazanmış Masilyonis Litvada tanınmış milyonçu idi.

İlkin versiyaya görə, təyyarə aviasiya həvəskarlarının istifadə etdiyi kiçik aerodromun eniş zolağı yaxınlığında yerə düşüb./Report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
4
yenisabah.az

5Mənbələr