AZ

BAMF WUF13 də: minaların şəhərsalmada yaratdığı problemlər müzakirə olundu FOTOLAR

ain.az, Sherg.az saytına istinadən bildirir.

Mayın 21-də WUF13 çərçivəsində Qlobal Cənub QHT Platformasının pavilyonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Minalarla çirklənmiş ərazilərdə şəhərsalma problemləri” adlı tədbir keçirilib. 

EDnews xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən BAMF-ın prezidenti Umud Mirzəyev Azərbaycanın mina probleminin ciddiliyinə diqqət çəkib: 

“Minalarla çirklənmiş ərazilərdə infrastrukturun qurulması, sosial həyatın bərpası və ekoloji tarazlığın qorunması yalnız təhlükəsiz zəmin yaradıldıqdan sonra mümkün ola bilər. Bu baxımdan, mina fəaliyyətinə şəhərsalma, ekosistemlərin bərpası və insan təhlükəsizliyi prizmasından yanaşmaq olduqca vacibdir. Bugünkü tədbirdə dəyərli çıxışçılar minaların mənfi təsirlərini təhlükəsizlik, şəhərsalma, ekoloji tarazlıq və post-münaqişə bərpası kimi müxtəlif aspektlərdən iştirakçıların diqqətinə çatdıracaqlar”, – deyə Umud Mirzəyev bildirib. 

Daha sonra tədbirin moderatoru, ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov tədbir iştirakçılarını salamlayıb və qonaqları təqdim edib. 

Çıxışçılar ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov “Minatəmizləmə ilə bağlı yeniliklər”, BAMF-ın Proqram departamentinin rəhbəri Xudaverdi Quliyev “BAMF mina aksiyası proqramında”, “Delta Clearing Solutions” minatəmizləmə şirkətinin layihə meneceri Skot Derri “Şəhərlərin bərpası naminə təhlükəsiz zəminin yaradılması” və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov “Minalar ekosistem üçün təhlükə və münaqişədən sonrakı yaşayış məntəqələrinin bərpasına maneə kimi” adlı mövzularında məruzələr ediblər.  

Tədbirdə həmçinin, BAMF-ın “İcma Mina Aksiyası” komandasının 2 nəfər xanım minaaxtaran əməkdaşı da iştirak edib. 

Sonda spikerlər və iştirakçılar arasında interaktiv sual-cavab sessiyası keçirilib.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
sherg.az

2Mənbələr