AZ

Hüseyn və Paşa Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, yunan-Roma güləşi üzrə millimizin 2 üzvü Avropa çempionu olub.

Belə ki, Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək, Paşa Aslan (44 kiloqram) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək Avropa çempionu adına sahib çıxıb.

"Cebheinfo.az" 

Seçilən
95
6
cebheinfo.az

9Mənbələr