AZ

Bloomberg: Yaxın 12 ayda neftin 100 dollara satılmasıı əsas ssenariyə çevrilib...

Analitiklər İran ətrafındakı gərginliyin qiymətləri uzunmüddətli artıracağını düşünürlər...

Poliqon xəbər verir ki, “Bloomberg” Agentliyinin analitiklər və bazar iştirakçıları arasında keçirdiyi sorğuya əsasən, yaxın 12 ay ərzində neft qiymətlərinin yüksək səviyyədə qalacağı gözlənilir. Məlumata görə, İran ətrafında davam edən müharibə və regional gərginlik fonunda bir barel “Brent” markalı neftin 100 dollara çatması artıq əsas ssenarilərdən biri hesab olunur.

Sorğuda iştirak edən ekspertlərin əksəriyyəti yaxın bir il ərzində “Brent” markalı neftin orta qiymətinin 81-100 dollar arasında dəyişəcəyini proqnozlaşdırıb. Analitiklər hesab edirlər ki, bazarda formalaşan geosiyasi risk əlavəsi uzun illər davam edə və hər barel üçün əlavə 5-15 dollar təşkil edə bilər.

Mütəxəssislərin fikrincə, əsas təhlükə İran ətrafındakı vəziyyət səbəbindən enerji tədarükünün pozulması və Hörmüz boğazından keçən gəmiçiliyə məhdudiyyətlərin tətbiq olunmasıdır. Bununla belə, bazar iştirakçıları yaxın perspektivdə qlobal neft tədarükünün tam çökməsini real hesab etmirlər.

Analitiklər bildirirlər ki, qiymət artımını zəiflədə biləcək amillər də mövcuddur. Bunlara dünya iqtisadiyyatında tələbin azalması, ticarət marşrutlarının yenidən istiqamətləndirilməsi və bəzi ölkələrin neft hasilatını artırmaq ehtimalı daxildir.

Ekspertlər vurğulayırlar ki, Yaxın Şərqdəki qeyri-sabitlik qlobal enerji bazarında uzunmüddətli qeyri-müəyyənlik yaradıb və investorlar artıq risk faktorunu qiymətlərə daha ciddi şəkildə daxil etməyə başlayıblar.

Poliqon.info

Seçilən
96
poliqon.info

1Mənbələr