AZ

Ronaldulu “Əl-Nəsr”Səudiyyə Ərəbistanı çempionatının qalibi oldu

“Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının qalibi olub.

Fanat.Az xəbər verir ki, Jorje Jezusun komandası bu gün 34-cü turda evdə “Damak”ı böyük hesabla məğlub edib (4:1) və vaxtından əvvəl çempionluğu təmin edib.

Ronaldu bu oyunda dubla imza atıb — o, bir qolu cərimə zərbəsindən, digərini isə oyun epizodundan vurub. Bu, Ronaldonun Ər-Riyad klubunun heyətində ilk kubokudur (yoldaşlıq turniri sayılan 2023-cü il Ərəb Çempionlar Kuboku nəzərə alınmasa).

Ər-Riyad təmsilçisi 2019-cu ildən sonra ilk dəfə və tarixində 11-ci dəfə ölkə çempionu olub. Liqada daha çox çempionluğu yalnız “Əl Hilal”ın (21) və “Əl Ittihad”ın (14) var. Kərim Benzemanın çıxış etdiyi “Əl-Hilal” bu mövsüm çempiondan 2 xal geri qalaraq ikinci yeri tutub.

Seçilən
4
fanat.az

1Mənbələr