AZ

Avropaya qaçmaq istəyən PKK "rəhbər"i yaxalandı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.

"TRT Haber" xəbər verir ki, əməliyyat ölkə xaricində gerçəkləşdirilib.

Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - Avropaya qaçmaq istəyən Serhat Bal yaxalanıb. O, Türkiyəyə gətirilib.

Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.

"Cebhe.info"

Seçilən
308
1
cebheinfo.az

10Mənbələr