AZ

Şahzadə olmağı xəyal edən qadın 90 rubla saray aldı

Rusiyalı Tatyana Belarusun Dyatlovo şəhərindəki Radzivillər sarayını cəmi 90 Belarus rubluna (təxminən 2,3 min Rusiya rublu) alıb.

Publika.az "Sputnik Belarus"a istinadla xəbər verir ki, qadın hərracın yeganə iştirakçısı olub.

Əslən Moskvadan olan Tatyana artıq iki ildir ki, Minskdə yaşayır. O, tarixi memarlıq abidəsinin satışa çıxarılması barədə məlumatı görən kimi onu almaq qərarına gəlib.

"Bütün qızlar öz sarayları olan şahzadə olmağı xəyal edir. Mən həqiqətən də bu fikirlə yaşayıram və ürəkdən inanıram ki, planlaşdırdıqlarımı həyata keçirib bu irsi yenidən insanlara qaytara biləcəyəm. Hazırda bunu özümə bir missiya hesab edirəm", - deyə sarayın yeni sahibi qeyd edib.

İndi Tatyana sarayın qorunub saxlanması üçün dövlət qarşısında məsuliyyət daşıyır. O, beş il ərzində binanı təmir etməli və istismara verməlidir.

Seçilən
67
publika.az

1Mənbələr