AZ

Mingəçevirdə pley off “döyüşü”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Bu gün Azərbaycan I Liqasında mövsümün sonuncu – XXVII turuna yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi görüşü Mingəçevirda baş tutacaq.

İkinci pillədə yer alan “Səbail” burda yerli komandanın qonağı olacaq. “Dənizçilər”in 50 xalı var və heç-heçə də onlara pley-off vəsiqəsi verəcək. “Mingəçevir” isə mütləq qələbə qazanmalıdır.

I Liqanı ikinci sırada bitirən komanda Premyer Liqaya vəsiqə uğrunda “Qəbələ” ilə pley-off oynayacaq.

Azərbaycan I Liqası

XXVII tur

22 may

17:00 Mingəçevir – Səbail

Baş hakim: Elçin Məsiyev

Y.M. Mingəçevir ş. st. (e.m.)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
futbolpress.az

1Mənbələr