Yeni onillik araşdırma göstərib ki, iş stresinin fəsadlarını azaltmağın ən effektiv yolu keyfiyyətli və uzunmüddətli yuxudur.
"Ölkə.az" xəbər verir ki, alimlərin nəticələrinə görə, idmanla məşğul olmaq, sağlam qidalanmaq və zərərli vərdişlərdən uzaq durmaq təkbaşına gərgin iş rejimi, toksik iş mühiti və davamlı artıq iş yükünün təsirlərini tam şəkildə kompensasiya edə bilmir.
Tədqiqat müəllifləri bildirirlər ki, orqanizmin bərpası və uzunmüddətli stress səviyyəsinin azalması üçün ən böyük təsiri məhz yuxu göstərir. Digər sağlam həyat tərzi amilləri ümumi sağlamlıq baxımından vacib sayılsa da, iş gərginliyinin nəticələrindən qorunmada həlledici rol oynamır.(axşam.az)