Yazını böyüt
Yazını kiçilt
ABŞ Dövlət Katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper ilə İran və Hörmüz boğazı ətrafındakı vəziyyəti və Avropada təhlükəsizliyin qorunması məsələlərini müzakirə edib.
Hafta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqott açıqlamasında bildirib.
"Dövlət Katibi Marko Rubio bu gün Britaniya xarici işlər naziri İvett Kuperlə İran və Hörmüz Boğazında hərəkətin azadlığının bərpası səylərini müzakirə edib. Katib və XİN rəhbəri həmçinin Avropanın öz təhlükəsizliyini gücləndirməsinin, eləcə də müdafiə xərclərinin artırılmasının və NATO daxilində yükün bölüşdürülməsinin vacibliyini müzakirə ediblər", - Piqott bildirib.