AZ

Tbilisi qatarına ilk bileti o, aldı

Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı başlayıb.

Adalet.az-ın məlumatına görə, artıq ilk dəqiqələrdən Bakı Dəmiryol Vağzalının kassasında növbə yaranıb və 150-dən çox bilet satılıb.

Bakı-Tbilisi qatarına bilet alan ilk şəxs Elnarə Rəsulova adlı xanım sərnişin olub.

Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkət edəcək.

Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından almaq mümkündür.

Seçilən
4
13
adalet.az

10Mənbələr