AZ

Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil

Belarus təcavüzə məruz qalmadığı təqdirdə, Ukrayna ilə müharibəyə qoşulmaq niyyətində deyil.

AZƏRTAC “Belta”ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskinin bu mövzu ilə bağlı açıqlamalarını şərh edərkən jurnalistlərə bildirib.

“Onun Belarusun yalnız bir halda — ərazimizə təcavüz ediləcəyi təqdirdə — münaqişəyə cəlb olunacağı ilə bağlı açıqlamalarına gəldikdə isə bizim Ukraynadakı müharibəyə qoşulmaq niyyətimiz yoxdur. Buna heç bir ehtiyac da yoxdur — nə mülki, nə də hərbi baxımdan. Əgər Volodimir Zelenski bu barədə danışmaq, məsləhət almaq və ya hər hansı məsələni müzakirə etmək istəyirsə, buyursun, biz buna açığıq. Mən onunla istənilən yerdə — Ukraynada və ya Belarusda — görüşməyə və Belarus–Ukrayna münasibətlərini müzakirə etməyə hazıram. Hətta perspektivlər barədə də danışa bilərik”, - deyə Lukaşenko bildirib.

Seçilən
21
3
azerbaijan-news.az

4Mənbələr