AZ

“Mina təmizlənməsə, geri dönüş mümkün deyil” - Vüqar Süleymanov

“Son vaxtlar Azərbaycan humanitar mina fəaliyyətləri ilə bağlı əməkdaşlıqlar edir. Bu işlər geniş vüsət alıb”.

Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar mina təmizləmə fəaliyyətinin kritik rolu” adlı tədbirdə ANAMA idarə heyətinin sədri Vüqar Süleymanov çıxışında dedi.

“Yenidənqurma işləri sayəsində artıq 33 kənddə insanlar yaşayırlar və onların sayı 35 mindir. 2020-ci ildən bəri hökumət tərəfindən bu işlər üçün 15 milyon dollar vəsait ayrılıb. Mina təmizlənməsə, yaşayış və geri dönüş mümkün deyil. Dünyanın müxtəlif yerlərində ölkələr eyni problemlərlə üz-üzə qalırlar”.

O vurğuladı ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla həmişə əməkdaşlıq edir:

“VUF13-də əsas məsələləri müəyyənləşdirmək üçün gözəl imkandır. Beynəlxalq əməkdaşlığı isə yüksək qiymətləndiririk”.

Aytəkin TOFİQQIZI

Seçilən
12
1
redaktor.az

2Mənbələr