AZ

Bu gün Bakıda keçirilən WUF13-ə yekun vurulur

Bu gün Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasına yekun vurulacaq.

Günə müxtəlif mövzuları əhatə edən panel müzakirə, dəyirmi masa və konfranslarla başlanılacaq.

Günün ikinci yarısında isə forumun rəsmi bağlanış mərasimi baş tutacaq.

WUF13-ə bayraqendirmə mərasimi ilə yekun vurulacaq.

Qeyd edək ki, növbəti forum 2028-ci ildə Meksikada keçiriləcək.

Xatırladaq ki, işinə mayın 17-də başlayan forumun mayın 18-də rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub.

Onu da vurğulayaq ki, WUF13 tarixində ilk dəfə olaraq qeydiyyatdan keçən iştirakçı sayı 40 mini keçib.

Həmçinin tədbir çərçivəsində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq Liderlər Sammiti keçirilib.
 
 

Seçilən
20
11
7news.az

10Mənbələr