JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumundakı çıxışında Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirib.

Otuz il ərzində Ermənistanın işğalı altında qalan bu ərazilər tamamilə dağıdılmış, talan edilmiş və yerlə-yeksan olunmuşdur. Beynəlxalq müşahidəçilər, diplomatlar və xarici jurnalistlər Ağdam şəhərinə səfər edərkən dəhşətli mənzərə qarşısında ona “Qafqazın Xirosiması” adını vermişdilər. Çünki şəhərdə salamat qalmış bir sığınacaq belə yox idi. Lakin bu faciəvi bənzətmənin arxasında böyük bir fərq var: Xirosima atom bombası nəticəsində bir saniyənin içində dağılmışdısa, Qarabağın şəhər və kəndləri 30 illik işğal dövründə binaların, evlərin, məktəblərin və mədəniyyət ocaqlarının daş-daş sökülməsi, vandalizmə məruz qalması nəticəsində bu günə salınmışdı. Tikmək, yaratmaq və abadlaşdırmaq missiyası yalnız o torpağın həqiqi sahiblərinə — Azərbaycan xalqına məxsus ola bilərdi və ötən 5 il ərzində görülən işlər bunun sübutudur

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində azad edilmiş bütün şəhər və kəndlərin Baş planları ən müasir, ekoloji təmiz yanaşmalarla yenidən hazırlanıb. Cəmi beş il ərzində bölgədə dağların altından çəkilən tunellərin uzunluğu 70 kilometrə çatıb, yüzlərlə nəhəng körpü, su anbarları, rəqəmsal yarımstansiyalar, ağıllı kəndlər, xəstəxanalar, məktəblər və 3 beynəlxalq hava limanı inşa edilərək istifadəyə verilib. Artıq 85 mindən çox keçmiş məcburi köçkün öz doğma yurduna qayıdıb. Hökumətin əsas hədəfi təkcə evlər tikmək deyil, həm də minalardan təmizləmə prosesini sürətləndirməklə yanaşı, yeni salınan sənaye zonaları vasitəsilə qayıdan əhalinin daimi və yüksək gəlirli məşğulluğunu təmin etməkdir.

Bu yaşıl və dayanıqlı şəhərsalma konsepsiyası paytaxt Bakının ekoloji transformasiyasında da özünü göstərir. 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neft hasil edilən Bakıda, 180 il ərzində ətraf mühitə qarşı göstərilən laqeydlik şəhərin müəyyən hissələrini ağır çirklənməyə məruz qoymuşdu. Lakin son 20 ildə həyata keçirilən ekoloji strategiya sayəsində neft gölməçələri və zavod tullantıları ilə dolu olan tarixi “Qara şəhər” tamamilə təmizlənərək bu gün şəhərsalmanın qlobal nümunəsi sayılan modern “Ağ şəhər”ə çevrilmişdir. Böyükşor gölünün reabilitasiyası, Bibiheybət ərazisinin yaşıllaşdırılması, “Sea Breeze” kimi müasir rekreasiya zonalarının yaradılması, paytaxtda 100-dən çox yeni və yenidən qurulmuş parkın sakinlərin istifadəsinə verilməsi Bakını sənaye şəhərindən “yaşıl və insan mərkəzli” ekoloji məkana çevirib. İctimai nəqliyyatın elektrikləşdirilməsi, mikromobillik zolaqlarının salınması və metropolitenin genişləndirilməsi ilə Azərbaycan həm paytaxtda, həm də regionlarda XXI əsrin ən qabaqcıl şəhərsalma modelini uğurla tətbiq edir.

Əliheydər Qarayev
Neftçala rayonu

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX