Biləsuvar, Sabirabad vəİmişlidə tanınmış şair Qəşəm Nəcəfzadə iləsilsilə görüşlər keçirilib.
Kulis.az xəbər verir ki, Mübariz İbrahimov adına Təhsil Kompleksində “Sözün İşığı – Qəşəm Nəcəfzadə ilə uşaq dünyasından vətənə uzanmış misralar” adlı göüşün əsas məqsədigənc nəslin ədəbiyyata marağının artırılması, uşaq ədəbiyyatının mahiyyətinin şagirdlərə daha yaxından çatdırılması və mənəvi dəyərlərin təbliği olub.
Görüşün ana xəttini uşaq ədəbiyyatının incəlikləri, onun böyüməkdə olan nəslin mənəvi dünyasının formalaşmasında oynadığı əvəzsiz rol təşkil edib.
Səmimi və maraqlı söhbəti ilə iştirakçıları sözün sehrli aləminə aparan Qəşəm Nəcəfzadə uşaq qəlbinin saflığından, həmin saflığa toxunmağın ən gözəl yollarından birinin məhz şeir və sənət olduğunu vurğulayıb. O bildirib ki, ədəbiyyat sadəcə kitab səhifələrində qalan sözlər deyil, insanın mənəvi dünyasını zənginləşdirən, vətən sevgisi və insani dəyərləri aşılayan güclü vasitədir.
İmişli rayonunun “Ölcələr” kənd orta məktəbində müəllim və şagiid kollektiviiləgörüşşagirdlərin hazırladığı ədəbi – bədii kompazisiya ilə başlayıb. Müəllif haqqında qısa film nümayiş olunub.Sabirrabadda təşkil olunan görüş isə Mil Muğanregional Mədəniyyət İdarəsinin təşkilatçılığı iləkeçirilib. Rayon gəncləri şairinin şeirlərini əzbər söyləyiblər və şairə müasir ədəbi proses haqqında maraqlı suallar ünvaanlayıblar. Hər üç görüşdəQəşəm Nəcəfzadə belə görüçlərin həməyitini qeyd edib, çox saylı sualları cavablandırıb, yeni şeirlərini oxuyub və yeni çapdan çıxmış kitablarını hədiyyə edib.