AZ

Paşinyan 10 15 ildən sonra Ermənistanı necə gördüyünü açıqlayıb

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan 10-15 ildən sonra ölkəsini necə təsəvvür etdiyinə dair suala cavab verib.

Bizimyol.info xəbər verir ki, Ermənisyan mətbuatının verdiyi məlumata görə, Nikol Paşinyan mayın 22-də keçirilən brifinqdə jurnalistin sualını cavablandırarkən bu mövzuya toxunub.

“Mən sülh içində, suveren bir Ermənistan təsəvvür edirəm. Azərbaycanla imzalanmış və ratifikasiya olunmuş sülh sazişini, sərhədlərin demarkasiyasının başa çatdırıldığını, yolların açıldığını görürəm.

15 ildən sonra ölkəmizin ümumi daxili məhsulunun ən azı iki dəfə artacağını düşünürəm. Başqa sözlə desək, biz demokratik, azad, müstəqil və firavan bir dövlət olacağıq. Şərti olaraq desək, Ermənistan sülhün kəsişmə nöqtəsinə çevriləcək”, – deyə Paşinyan bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr