AZ

“İran məsələsinə görə oğlumun toyuna qatılmaya bilərəm” - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp İranla bağlı gərgin vəziyyət səbəbindən oğlunun toy mərasiminə qatıla bilməyəcəyini bildirib.

Missiya.Az xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərə müsahibəsində deyib.

ABŞ Prezidenti bu həftəsonu böyük oğlunun Baham adalarında baş tutacaq toy mərasimində iştirak edib-etməyəcəyinin hələ də dəqiq olmadığını deyib.

“O, mənim gəlməyimi istəyir. Mən də getməyə çalışacağam. Mən ona dedim ki, bu, mənim üçün uyğun vaxt deyil. İran məsələsi və digər problemlərim var”, - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, toyda iştirak etməsi və ya etməməsi halında belə tənqidlərdən qaça bilməyəcəyini düşünür:

“Bu, uduzduğum vəziyyətdir. Getsəm də, tənqid olunacağam, getməsəm də. Xüsusilə saxta media tərəfindən”.

Daşqın HəsənovMissiya.Az

Seçilən
37
missiya.az

1Mənbələr