Ajans.az xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib. O qeyd edib ki, 1991-ci ildən 2020-ci ilin noyabrın 10-dək mina səbəbindən 2418 nəfər yaralanıb, 530 nəfər həlak olub, klaster bombaları nəticəsində yaralanan və ya dünyasını dəyişənlərin sayı isə 131 nəfərdir. “2020-ci il noyabrın 10-dan 2025 mayın 22-dək mina səbəbindən 352 nəfər yaralanıb, 73 nəfər həlak olub. Ümumi mina qurbanlarının sayı 3500-dən çoxdur. Onlardan 302-si uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır”, - deyə Samir Poladov bildirib.