AZ

Bahar Muradova: “Azərbaycanın unikal təcrübəsi digər ölkələr üçün də praktik əhəmiyyət kəsb edə bilər”

ain.az, Bizim media saytına istinadən bildirir.

“Azərbaycan gender bərabərliyinin təşviqini dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan, “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə əsas hüquqi çərçivə rolunu oynayır və qadınlarla kişilər üçün bərabər imkanların təmin edilməsini dövlətin əsas vəzifələrindən biri kimi təsbit edir”.Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qadınlar" adlı dəyirmi masada çıxış edərkən deyib."İnanıram ki, Azərbaycanın bu sahədəki unikal təcrübəsi digər ölkələr və beynəlxalq təşkilatlar üçün də maraqlı və praktik əhəmiyyət kəsb edə bilər. Son 6 il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə fəaliyyətlərin icrasını həyata keçirib, həmçinin parlament və dövlət gender komitəsi üçün təhlillər aparıb" - Komitə sədri qeyd edib.Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
bizim.media

2Mənbələr