AZ

Yığma komandamızın iki üzvü Avropa çempionu oldu

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.

Paşa Aslan (44 kq) finalda ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə məğlub edərək turniri qızıl medalla başa vurub. Ülviyyə Musayeva (33 kq) yarımfinalda ukraynalı Viktoriya Pervaçuka "tuş"la qalib gəlib və qitə birinciliyində həlledici mərhələyə vəsiqə qazanıb.

Pünhan Şahmarov (48 kq) üçüncülük uğrunda mübarizədə ermənistanlı Mihran Tatoyana (1:3), Sadiq Vəlizadə (57 kq) isə gürcüstanlı Giorgi Vaşakmadzeyə (4:8) məğlub olub.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
sportal.az

3Mənbələr