AZ

Rəvan Həsənov: Şəhərsalma siyasətində yerli icmalar qərarvermə prosesinə cəlb edilməlidir

BAKI, 22 may. TELEQRAF

"Şəhərlərin inkişafı ilə yanaşı, sosial bərabərsizlik və yerli icmaların cəmiyyətə inteqrasiyası məsələləri də aktuallaşır".

Teleqraf xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirdə deyib.

O bildirib ki, urbanizasiya iqtisadi inkişaf və innovasiya üçün yeni imkanlar yaratsa da, bir çox yerli icmalar şəhər həyatında səhiyyə, təhsil, mənzil və məşğulluq sahələrində çətinliklərlə üzləşir.

Rəvan Həsənov qeyd edib ki, şəhərsalma siyasətində müxtəliflik nəzərə alınmalı və yerli icmalar qərarvermə prosesinə cəlb edilməlidir:

“Şəhərlər yalnız fiziki məkan deyil, həm də mədəni mühitdir. Davamlı inkişaf üçün yerli xalqların bilik və təcrübəsi mühüm əhəmiyyət daşıyır”.

O vurğulayıb ki, Azərbaycan tarixən multikultural və çoxkonfessiyalı cəmiyyətə malik olub və ölkədə fərqli xalqlar, dillər və dini inanclar əsrlər boyu birgə yaşayır.

Seçilən
12
teleqraf.com

1Mənbələr