AZ

Azərbaycan vətəndaşı casusluğa görə məhkum olundu

Yunanıstanda casusluq ittihamı ilə Azərbaycan vətəndaşını həbs cəzasına məhkum edib.

KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, mayın 19-da 27 yaşlı Azərbaycan vətəndaşını Krit adasındakı hərbi bazanın müşahidəsi ilə bağlı məhkəmə qarşısına çıxarılıb.

7 il 1 ay həbs cəzasına məhkum edilən şəxs ötən ilin iyun ayında Yunanıstan, ABŞ və NATO üçün strateji obyekt olan Souda dəniz bazasında casusluq etmək şübhəsi ilə həbs edilib.

İstintaqa görə, Polşada müvəqqəti yaşayış icazəsi olan azərbaycanlı ilk dəfə Yunanıstana 2025-ci ilin yanvar ayında gəlib və iyunun ortalarından bəri dəniz və hava qüvvələri bazasına baxan otel otağında yaşayıb.

O, dövlət sirlərini və həssas hərbi məlumatları, xüsusən də hərbi obyektlərin fotoşəkillərini və video yazılarını toplamaqda və xarici ölkələrə ötürməkdə ittiham olunurdu.

Sübutlara Soudaya yanacaq doldurmaq üçün gələn Yunanıstan Hərbi Dəniz Qüvvələrinin freqatının 23 videosu və 9 fotoşəkili daxil idi.

Onun otağından müsadirə edilən əşyalar arasında yüksək dəqiqlikli kamera, telefoto linza, ştativ, USB oxuyucuları və yaddaş kartları da var idi.

Polis həmçinin onun noutbukunda quraşdırılmış şifrələmə proqramını aşkar edib.

Azərbaycan vətəndaşı günahını rədd edir və hökmdən apelyasiya şikayəti verib.

Seçilən
18
3
konkret.az

4Mənbələr