AZ

Tətilə gedərkən hansı geyimləri götürməli?​

Tətil planı qurulub, biletlər alınıb və o çoxdan gözlənilən an gəlib çatıb. Ən çətin mərhələ başlayır: Çamadanı hazırlamaq! "Birdən lazım olar" deyib çamadana doldurduğumuz, lakin tətil boyu heç toxunmadığımız geyimlər həm yükümüzü ağırlaşdırır, həm də çamadanda lazımsız yer tutur.


​Bəs, tətilə gedərkən yanımıza mütləq almalı olduğumuz geyimlər hansılardır?


Pravda.az hər vəziyyətə uyğun çamadan hazırlamağın sirlərini təqdim edir:

​Rahat və çoxyönlü geyimləri (şortiklər, şalvarlar, ətəklər)

​Kombinasiya etməsi ən asan olan geyimləri seçmək işinizi yüngülləşdirəcək.

​Şortiklər: Həm çimərlikdə, həm də gündüz gəzintilərində istifadə edə biləcəyiniz 2-3 ədəd şortik - biri cins, digərləri kətan və ya pambıq ola bilər.

​Kətan şalvarlar: İsti yay axşamlarında həm qəşəng görünmək, həm də sərin qalmaq üçün neytral rəngli (ağ, bej) bir kətan şalvar xilaskarınız olacaq.

​Uçuşan ətəklər: Həm rahat, həm də fotoşəkillərdə gözəl görünən uzun və ya midi ətəklər yay tətilinin imtinaedilməzlərindəndir.

​Sərin və yüngül üst geyimləri (köynəklər, toplar)

​Pambıq t-shirtlər və toplar: Gündəlik istifadə üçün hər şeylə uyğunlaşan sadə ağ, qara və rəngli t-shirtlər götürün.

​Oversize (geniş kəsim) köynəklər: Kətan və ya nazik pambıq köynəkləri həm şortların üzərindən, həm də çimərlikdə bikinini üstündən geyinmək üçün istifadə edə bilərsiniz.

​Tək geyim rahatlığı: donlar və kombinezonlar

​Çamadanda ən az yer tutan və kombin hazırlamaq dərdi olmayan geyimlər donlardır.

​Həm gündüz səndəllərlə, həm də axşam bir qədər qəşəng aksesuarlarla uyğunlaşdıra biləcəyiniz 3-4 ədəd uçuşan yay donu götürün.

​Çimərlik geyimləri

​Bikini və ya mayolar: Tətilin müddətindən asılı olaraq yanınızda ən az 2-3 ədəd mayo/bikini götürməyiniz məsləhətdir (biri quruyarkən digərini geyinə bilmək üçün).

​Çimərlik donu: Çimərlik kafesinə gedərkən və ya gəzişərkən mayonun üzərindən geyinmək üçün praktik bir geyim.

​Sərin axşamlar üçün müdafiə

​Yay tətilininə getsəniz belə, axşamları dəniz kənarı və ya mehli hava sərin ola bilər.

​Yanınızda mütləq nazik bir cins gödəkcə, hırka (kardigan) və ya şal götürün. Bunlar həm də təyyarədə, avtobusda kondisionerdən qorunmaq üçün faydalı olacaq.

​Ayaqqabı seçimi (maksimum 3 cüt)

​Çamadanı ən çox ağırlaşdıran ayaqqabılardır. Bu üçlü hər ehtiyacınızı qarşılayacaq:

​İdman ayaqqabısı: Səfər zamanı və uzun piyada gəzintiləri üçün (bunu elə yola çıxarkən geyinə bilərsiniz).

​Çimərlik başmaqları: Çimərlik və hovuz kənarı üçün.

​Qəşəng bir səndəl: Axşam yeməkləri və gəzintiləri üçün həm rahat, həm də şık bir sandalet.

​Aksesuarlar və alt geyimləri

​Günəşdən qorunmaq üçün geniş kənarlı şlyapa və günəş eynəyi.

​Tətil müddətinə uyğun sayda daxili çamaşırı və corab.

Qeyd: Geyimlərinizi çamadana qatlamaq yerinə bükərək (rulon formasına salaraq) yerləşdirin. Bu üsul həm geyimlərin daha az qırışmasını təmin edir, həm də çamadanda yarıbayarı yerə qənaət edir.

Əminə Bayramova 

Tarix: 22 May 2026, 11:00   
Seçilən
35
pravda.az

1Mənbələr