Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, ötən gün İstanbulda dünyasını dəyişib.
Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış.
Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib.
Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.
Bizim.Media