AZ

Analitiklər neftin qiymətinin 200 dollara qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Wood Mackenzie” şirkətinin analitikləri ən pis ssenaridə qlobal neft qiymətlərinin bir barel üçün 200 dollara qədər yüksələ biləcəyi barədə xəbərdarlıq ediblər.

Gununsesi.info bu barədə “Economic Times” (ET) qəzeti onların hesabatına istinadən məlumat yayıb.

Ekspertlər Hörmüz boğazının açılması üçün fərqli vaxtlarda üç mümkün ssenarini və onların neft və qaz təchizatına, qiymətlərə, enerji tələbatına və bütövlükdə qlobal iqtisadiyyata təsirini proqnozlaşdırırlar.

“Hörmüz boğazı qlobal enerji bazarlarında ən əhəmiyyətli maneədir və onun uzun müddət bağlanması sadəcə enerji böhranından daha ciddi nəticələrə səbəb olardı”, – Wood Mackenzie şirkətinin iqtisadiyyat rəhbəri Peter Martin bildirib.

O qeyd edib ki, təchizat fasilələri nə qədər uzun müddət davam edərsə, enerji qiymətlərinə, sənaye fəaliyyətinə, ticarət axınlarına və qlobal iqtisadi artıma təsir bir o qədər böyük olar.

Maqsud

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
icma.az

1Mənbələr