AZ

Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı

Cənubi Qafqazda uzunmüddətli sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların getdiyi bir vaxtda, Ermənistan rəhbərliyindən humanitar prinsiplərə və tarixi ədalətə zərbə vuran növbəti təxribatçı və sarsıdıcı bəyanat gəlib. Ermənistanın baş naziri öz radikal mövqeyi ilə regionda gərginliyin dondurulmasına xidmət etdiyini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 1980-ci illərin sonunda öz tarixi və əzəli torpaqlarından – Qərbi Azərbaycandan vəhşicəsinə qovulmuş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına qayıtmaq hüququnu faktiki olaraq rəsmən və qəti şəkildə rədd edib. Erməni hökumətinin başçısı bəyan edib ki, onun hakimiyyəti dövründə bu fundamental insan hüququ heç bir halda müzakirə mövzusu belə olmayacaq.

Nikol Paşinyan öz seçiciləri və siyasi dairələr qarşısında çıxış edərək bu məsələdə erməni cəmiyyətinə rəsmən çağırış edib və şok təminat verib: "Mən tam zəmanət verirəm... Nə Qarabağa qayıdış məsələsi olacaq, nə Naxçıvana qayıdış məsələsi olacaq, nə Bakıya qayıdış mövzusu olacaq, nə Sumqayıta, nə Yevlaxa, nə Girobavada (Gəncə), nə də Getaşenə qayıdış mövzusu olacaq və bu belə də davam edəcək".

Ermənistan baş nazirinin bu bəyanatı rəsmi İrəvanın beynəlxalq hüquq normalarını və humanitar hüququ açıq şəkildə heçə saydığını növbəti dəfə sübut edir. Beləliklə, Paşinyan Ermənistandan etnik təmizləməyə məruz qalaraq didərgin salınmış dinc azərbaycanlı əhalinin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnu tanımaqdan tamamilə imtina etdiyini ictimaiyyətə açıq elan edib.

Musavat.com

Seçilən
53
2
musavat.com

3Mənbələr