AZ

ABŞ İran arasında açıqlanan sülh sazişinin DETALLARI

ain.az, Olke.az saytına istinadən bildirir.

"Əl-Ərəbiyyə" telekanalı ABŞ və İran arasında imzalanması gözlənilən doqquz maddəlik sazişin layihəsini yayımlayıb. 

Ölkə.az xəbər verir ki,  "Əl-Ərəbiyyə" tərəfindən dərc edilən layihə mətninin birinci maddəsinə əsasən, tərəflər quruda, dənizdə və havada bütün cəbhələrdə tam, dərhal və qeyd-şərtsiz atəşkəs elan edəcəklər.

İkinci maddədə deyilir ki, hər iki tərəf qarşı tərəfin heç bir hərbi, mülki və ya iqtisadi obyektini hədəf almamaq öhdəliyini götürür.

Sazişin 3-cü maddəsi bütün hərbi əməliyyatların, fəaliyyətlərin və təxribat xarakterli media müharibələrinin dayandırılmasını nəzərdə tutur, 4-cü maddə isə ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini və onların daxili işlərinə müdaxilənin qarşısının alınması əksini tapıb.

Regional ticarət və təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edən beşinci maddəyə əsasən, Fars körfəzi, Hörmüz boğazı və Ərəbistan dənizində naviqasiya azadlığı təmin ediləcək. Altıncı maddədə razılaşmanın icrasına nəzarət etmək və mübahisələri həll etmək üçün birgə komitənin yaradılması nəzərdə tutulur, yeddinci maddədə isə həll olunmamış məsələlər üzrə danışıqların maksimum yeddi gün ərzində başlayacağı bildirilir.

Layihənin ən diqqət çəkən hissələrindən biri olan səkkizinci maddədə İranın müqavilənin şərtlərinə əməl etməsi müqabilində ABŞ-ın İrana qarşı sanksiyaları tədricən ləğv edəcəyi qeyd olunur.

Nəhayət, doqquzuncu maddədə qeyd olunub ki, hər iki tərəf bu müqavilənin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmətə əsaslandığını vurğulayıb.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
4
olke.az

5Mənbələr