AZ

Naxçıvanda enerjiyə qənaət təlimi

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında maarifləndirici görüşlərin keçirilməsini davam etdirir. Belə toplantılarda fermer və sahibkarların təklif və tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Görülən bütün işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Naxçıvan Muxtar Respublikasında keçirilən növbəti görüşdə fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə edilib. Ordubad Elektrik Şəbəkəsinin binasında keçirilən görüşə 30-dək sahibkar və yerli sakin qatılıb. Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib.

Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, özünüdaşıyan izolyasiyalı naqillərdən istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir. Bundan əlavə, abunəçilər elektron xidmətlər barədə məlumatlandırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Maarifləndirici görüşdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı, vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib.

Eyni zamanda, həm “ASAN xidmət” mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib, vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abunəçilərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub.

Sonda iştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.

XQ

Seçilən
3
12
xalqqazeti.az

10Mənbələr