AZ

“Sabah”ın legioneri ayrılır: Xaricdən təkliflər alıb

Apasport portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasının son çempionu, növbəti mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Sabah” transfer çalışmalarına başlayır.Heyətə yeni qoşulacaq futbolçularla bərabər, komandadan kimlərin gedəcəyi də müəyyənləşməyə başlayıb.

Apasport.az-ın əldə etdiyi məlumata görə, "bayquş"ların nigeriyalı futbolçusu Cessi Sekidika böyük ehtimalla yay transfer pəncərəsində Bakı klubundan ayrılacaq.Sekidikaya həm Avropa, həm də ərəb klublarından maraq olduğu bildirilir. Futbolçuya gələn təkliflər fonunda onun karyerasını başqa ölkədə davam etdirmək variantı gündəmdədir.Həmçinin 29 yaşlı vingerin “Sabah”la müqaviləsi mövsümün sonunda başa çatır. Tərəflər arasında yeni sözləşmə ilə bağlı hər hansı danışıqlar aparılmır.

“Sabah” rəhbərliyinin mümkün ayrılığa isti baxdığı bildirilir. Klub futbolçunun müqaviləsinin başa çatmasını və xaricdən təkliflərin olmasını nəzərə alaraq, yayda bu ayrılığa mane olmaq fikrində deyil.Cessi bu mövsüm “Sabah” formasıyla bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.O, daha əvvəl "Benfika" U19, "Qalatasaray", "Konyaspor", "Eyüpsor" kimi komandaların formasını geyinib.

Ayxan Abbasov: “İnanıram ki, “Şamaxı” doğru qərar verər”

“Ağdaş”a lisenziya verildi

“Qəbələ”dən ev qələbəsi - YENİLƏNİB

“Difai” II Liqada - RƏSMİ

XXVII turun təyinatları açıqlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
25
apasport.az

10Mənbələr