
“Ermənistanheç vaxt Rusiya əleyhinə kampaniyaya cəlb olunmayacaq”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.
“Biz Rusiya ilə mübahisə və ya düşmənçilik etməyəcəyik. Rusiya hörmətlə yanaşılmalı olan supergücdür. Rusiyanın maraqlarına da hörmətlə yanaşılmalıdır”, - deyə siyasətçi vurğulayıb.
Paşinyan qeyd edib ki, Rusiya və Ermənistanda hər iki ölkə arasındakı münasibətlərdə böhran istəyən çoxlu insan var.
Daşqın HəsənovMissiya.Az