AZ

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi maarifləndirici tədbir keçirib

21 may 2026-cı il tarixində “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən Abşeron Regional Xəstəxanasında maarifləndirici tədbir keçirilib. Tədbir vərəmin təsirinə məruz qalmış insanların hüquqları ilə bağlı bəyannamə üzrə maarifləndirmə işinə həsr olunub.

QHT.az xəbər verir ki, görüşün əsas məqsədi pasiyentlərin hüquqları haqqında ictimai məlumatlılığın artırılması olub. Tədbirdə tibb işçiləri, pasiyentlər və xəstəxananın müxtəlif struktur bölmələrinin nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı insanların səhiyyə xidmətlərinə bərabər çıxış imkanlarının vacibliyi vurğulanıb. Bildirilib ki, vərəmə məruz qalmış şəxslərin hüquqlarının qorunması müasir səhiyyə siyasətinin əsas istiqamətlərindən biridir. Tədbir iştirakçılarına bəyannamənin əsas müddəaları haqqında ətraflı məlumat verilib.

Xüsusilə pasiyentlərin diskriminasiyadan qorunması məsələsinə diqqət yetirilib. Maarifləndirici sessiyada insanların məxfilik hüququnun əhəmiyyəti də qeyd olunub. Tədbir zamanı iştirakçılara vərəmin müalicə olunan və nəzarətdə saxlanılan xəstəlik olduğu izah edilib.

Tibb işçiləri ilə keçirilən müzakirələr zamanı pasiyent yönümlü yanaşmanın əhəmiyyəti xüsusi vurğulanıb. Çıxış edənlər düzgün kommunikasiya və etibarlı münasibətin müalicə prosesinə müsbət təsir göstərdiyini bildiriblər. Görüş iştirakçıları vərəm xəstələrinin sosial inteqrasiyasının vacibliyini də diqqətə çatdırılıb.

Tədbirdə insan hüquqlarına əsaslanan səhiyyə xidmətlərinin inkişaf perspektivləri barədə fikirlər səsləndirilib. Pasiyentlər onları maraqlandıran sualları sərbəst şəkildə ünvanlandırmaq imkanı əldə ediblər. Verilən bütün suallar peşəkar formada cavablandırılıb. Tədbirin interaktiv formatda keçirilməsi iştirakçıların marağını daha da artırıb. Həm pasiyentlər, həm də tibb işçiləri maarifləndirici materiallarla təmin olunub. Təqdim edilən məlumatlar insanların xəstəliklə bağlı yanlış təsəvvürlərinin aradan qaldırılmasına mühüm töhfə verib. Görüş zamanı vərəmlə mübarizədə ictimai həmrəyliyin əhəmiyyəti də xüsusi qeyd edilib.

Qeyd olunub ki, vərəmlə mübarizə yalnız tibb müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən həyata keçirilən layihələrin əsas məqsədi insan sağlamlığının qorunmasına dəstək verməkdir. Təşkilat nümayəndələri gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini bildiriblər. Abşeron Regional Xəstəxanasında keçirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Görüş zamanı insan hüquqlarının qorunmasının səhiyyə sistemində mühüm yer tutduğu bir daha vurğulanıb. İştirakçılar belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər. Regionlarda təşkil olunan maarifləndirmə fəaliyyətləri insanların səhiyyə xidmətlərinə olan etimadını artırır. Bu cür təşəbbüslər cəmiyyətdə sosial məsuliyyət hissinin formalaşmasına da müsbət təsir göstərir.

Tədbirin sonunda iştirakçılar təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi gələcək fəaliyyətlərində də insan sağlamlığının və pasiyent hüquqlarının qorunmasına yönəlmiş təşəbbüsləri davam etdirmək əzmində olduğunu bir daha nümayiş etdirib.

Seçilən
27
2
qht.az

3Mənbələr