AZ

ANAMA rəsmisi: "Son 35 ildə 3500 nəfərdən çox mina qurbanı olub"

"Azərbaycanda 1991-ci ildən indiyə qədər 3500 nəfərdən çox mina qurbanı olub".

Ölkə.az xəbər verir ki, bunu ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) İdarə Heyətinin sədrinin müavini Samir Poladov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.

O bildirib ki, onlardan 362 nəfəri azyaşlı və gənc, 38-i qadınlardır:

"Təkcə 2020-ci ildən bəri mina hadisələrində 73 nəfər ölüb, 352 nəfər xəsarət alıb".

Seçilən
36
5
olke.az

6Mənbələr