AZ

Xüsusi nümayəndə: Artıq 593,7 kilometr uzunluğunda 16 avtomobil yolu istifadəyə verilib

BAKI, 22 may. TELEQRAF

Artıq 593,7 kilometr uzunluğunda 16 avtomobil yolu istifadəyə verilib.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin HüseynovWUF çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Bərdədən Ağdama qədər dəmir yolu çəkilib:.

"Bundan başqa, Azərbaycanda ilk dəfə olaraq dəmir yolu vağzalı ilə avtovağzalın birləşdirildiyi kompleks inşa olunub.

Beynəlxalq hava limanı isə başqa bir möcüzədir. Azərbaycanda ilk layihələrdən biri olaraq tamamilə mina ilə çirklənmiş ərazidə cəmi səkkiz ay ərzində tikilib.

Bundan əlavə, 10 yarımstansiya, iki əsas su kanalı ilə təchiz olunmuş 5 su qurğusu və 4 əsas qaz kəməri istifadəyə verilib.
Bunlardan başqa məktəblər, uşaq bağçaları və digər çoxsaylı layihələr də həyata keçirilir”.

Seçilən
17
teleqraf.com

1Mənbələr