Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün sonuncu – XXXIII turu start götürüb.
İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Turun açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı” ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə başa çatıb. Beləliklə, Şamaxı təmsilçisi mövsümü 38 xalla turnir cədvəlində 8-ci, Qəbələnin eyniadlı klubu isə 27 xalla 11-ci pillədə başa vurub.
Qəbələlilər Premyer Liqadakı yerini qorumaq üçün I Liqada 2-ci yeri tutacaq (“Səbail” və ya “Mingəçevir”) komanda ilə pley-off oyunu keçirəcək.
Qeyd edək ki, XXXIII tura mayın 24-də yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ