Balakən rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin barəsində həbs qətimkan tədbirin uzadılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatətinə baxılıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının vəsatəti təmin olunub.
Qərara əsasən, İslam Rzayev barəsində seçilmiş həbs müddəti avqust ayına kimi uzadılıb.
Qeyd edək ki, ötən ilin oktyabrın 31-də İslam Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi, bu ilin fevralında isə müddət 3 aya qədər uzadılmışdı. DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranıb.