Bərdədə Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyevlə vida mərasimi keçirilir
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi hərbçi Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də ailəsinə təhvil verilib. 1news.az APA-ya istinadən xəbər verir ki, şəhidlə Bərdə rayonunun Yeni Daşkənd kəndində vida mərasimi keçirilir. Şəhidin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılacaq.