AZ

Qüdrət Həsənquliyev: “Kılıçdaroğlu Türkiyə iqtidarını qane edən siyasətçidir”

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev  Türkiyə gündəminin əsas mövzusu olan Kamal Kılıçdaroğlunun məhkəmə qərarı ilə CHP başqanlığına qaytarılmasını şərh edib.

Partiya sədrinin Gununsesi.info-ya açıqlamasını təqdim edirik:

“Biz bir millət olsaq da, ayrı-ayrı dövlətlərik. Ona görə Türkiyənin daxili işlərinə qarışmaq düzgün deyil. Biz Türkiyənin sevincinə sevinir, kədərinə kədərlənirik. Demokratiya və hüquqi dövlət anlayışları isə cəmiyyətin inkişafına bağlı dəyərlərdir. Türkiyə bu yolla gedir. Amma məsələn, Britaniya demokratiyasına sahib olmaq üçün, Britaniya vətəndaşlarının sahib olduğu ali insani və siyasi dəyərlərə sahib olmalısan. Hələ 1215-ci ildə İngiltərədə Kral Jon zadəganların təzyiqi ilə qanunun aliliyi (kralın da qanunlara tabe olması), ədalətli məhkəmə, özbaşına vergilərin tətbiqinin yolverilməzliyi, kilsənin müstəqilliyi barədə azadlığın və ədalətin simvoluna çeriləcək “Maqna Karta” adlı tarixi sənəd imzaladı. 1265-ci ildə isə nümayəndəli orqanın, parlamentin əsası qoyuldu. “Maqna Karta”nın əsas tezisləri isə 1689-cu ildə İngiltərədə qəbul olunmuş “Hüquqlar Haqqında Qanun”da öz əksini tapdı. Müqəddəs kitabımız Quran da islamı qəbul edəcək xalqların inkişaf səviyyəsi nəzərə alınaraq, İncildən 600 il sonra göndərilib. Ona görə Elçibəy demişkən, “bəzi məsələlərin həlli zamana bağlıdır”. Nə vaxtsa mentalitetin dəyişməsi ilə, müsəlman ölkələrində də Qərb demokratiyası yaratmaq, müstəqil məhkəmə qurmaq mümkün olacaq. Kılıçdaroğlu Türkiyə iqtidarını qane edən siyasətçidir”.

Günay Mahirqızı

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
6
icma.az

7Mənbələr