AZ

Martines finalda bu hərəkəti ilə ürəkləri fəth etdi Video

ain.az, Axar.az saytına istinadən bildirir.

“Aston Villa”nın qapıçısı Emiliano Martines Avropa Liqasının finalındakı nümunəvi hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, argentinalı qolkiper komandanın yeni transferi Alissonun medal almadığını görərək ona dəstək olub.

Bildirilib ki, braziliyalı vinger yanvarda “Qremio”dan transfer olunduğu və turnirdə çıxış etmədiyi üçün rəsmi medal mərasimində mükafat ala bilməyib. Bunu görən Martines dərhal qaliblərin medalından birini götürərək onu 20 yaşlı futbolçuya təqdim edib.

Bu hadisə komanda kuboku qaldırmazdan az əvvəl baş verib.

Qeyd edək ki, “Aston Villa” İstanbulda keçirilən finalda “Frayburq”u 3:0 hesabı ilə məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
axar.az

3Mənbələr