AZ

Zakarias Uunona: Biz 2027-ci ilə qədər "ağıllı şəhər"ə sahib olmaq istəyirik

BAKI, 22 may. TELEQRAF

Biz 2027-ci ilə qədər "ağıllı şəhər'" (smart city) sahib olmaq istəyirik, belə bir qətnamə qəbul olunub.

Teleqraf xəbər verir ki, bunu Namibiyanın Vindhuk şəhərinin meri Zakarias Uunona Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Sadəcə Təcrübədə Keçidlər. Birgə Qeyri-rəsmi və Böhran üçün Rəqəmsal Alətlərin Yaradılması" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat), proqram təminatı sahəsi və digər qardaşlaşmış şəhərlərlə əməkdaşlıq çərçivəsində artıq mövcud olan bir plandır.

"​Rəqəmsal alətlərin yaradılması ilə bağlı icra üçün bizə potensial və bacarıqlar lazımdır. Bu boşluğu, çatışmazlığı bağlamalıyıq. İdeya odur ki, insanlarımızın potensialını artıraq, bacarıqları olanlar sistemi təkmilləşdirə və ya tətbiq edə bilsinlər. İdeya və bacarıqlar mübadiləsi ilə çətinliklər olan hər yerdə sistemi təkmilləşdirmək və boşluqları doldurmaq olar. BMT-nin Məskunlaşma Proqramından da bacarıqlı mütəxəssisləri cəlb edə və onların təcrübəli insanları Vindhuk şəhərinə gələ bilər. Vindhuk şəhərindən olan digər bacarıqlı insanlar isə qarşı tərəfə gedə bilər", - o vurğulayıb.

Onun sözlərinə görə, strategiyaları icra edən bilmək üçün investisiya olmalıdır:

"Əslində kifayət qədər investisiyamızın olması tələb olunur. Digər məsələ isə etimad, inklüzivlik və həmçinin məlumatların idarə edilməsidir. Burada yerli hakimiyyət müşavirləri dövrəyə girməlidirlər. Məlumatlar sakinlərin onlara etibar edə biləcəyi şəkildə hazırlanmalıdır. Sakinlər sistemə etibar etmirlərsə, o sistemin irəliyə doğru getməsi qeyri-mümkündür. Çünki onlar həmişə təxribat törədəcəklər. Bu və ya digər şey daha pisdir düşünərək sui-qəsd nəzəriyyələri quracaqlar", - o vurğulayıb.

Seçilən
60
teleqraf.com

1Mənbələr