AZ

Nural Əliyev vəzifəsindən azad ediləcək

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin vəzifəsindən azad edilməsi gözlənilir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə,  bununla bağlı sənəd bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, o 1986-cı ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 2009-dan 2016-cı ilədək Ali Məhkəmədə katib kimi çalışıb, 2016-dan 2018-ə qədər Sabunçu rayon prokurorluğunda müstəntiq vəzifəsində fəaliyyət göstərib.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
bakivaxti.az

2Mənbələr