AZ

Vüqar Süleymanov: Minatəmizləmə fəaliyyəti Böyük Qayıdış Proqramına uyğun icra olunur

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Bu gün WUF13 çərçivəsində postmünaqişə dövründə şəhərsalma fəaliyyətində mina təmizləmənin rolu müzakirə edilib. Düşünürəm ki, çox maraqlı diskussiyalar oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O qeyd edib ki, Azərbaycanda Böyük Qayıdış Proqramına uyğun fəaliyyət icra olunur və bütün işlər mina təmizləmədən sonra görülür.

“Hazırda işğaldan azad olunmuş ərazilərdə kəndlərimiz, şəhərlərimiz bərpa olunur, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdırlar. 2020-ci ilin noyabr ayından bu günədək 270 min hektardan çox ərazi təmizlənib, 250 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.

Fotoqraf - Azər İbrahimov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
azertag.az

2Mənbələr