AZ

13 işəgötürən, 70 vakansiya  

Hacıqabulda Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

Əmək yarmarkasında Şirvan-Salyan Regional Məşğulluq filialına daxil olan Hacıqabul rayonu üzrə fəaliyyət göstərən 13 işəgötürən iştirak edib və ümumilikdə 70 boş iş yeri təqdim olunub.

Tədbir çərçivəsində vətəndaşlara mövcud vakansiyalar barədə ətraflı məlumat verilib, işəgötürənlərlə birbaşa görüş imkanları yaradılıb və işaxtaran şəxslərin müraciətləri qəbul edilib. 

S.CAVADOV,

“Azərbaycan”

 

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr