Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Mayın 21-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri 28 May – Müstəqillik Gününə həsr olunan “İstiqlalın əbədi işığı” adlı konsert proqramı ilə çıxış ediblər.
Kulis.az xəbər verir ki, məktəbin direktoru, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynova çıxışında bildirib ki, bu sadəcə konsert proqramı deyil:
“Bu milli ruhumuzun, kimliyimizin , mədəniyyətimizin zənginliyini özündə ehtiva edən bir gecə olacaq. Bu əlamətdar günə həsr olunmuş konsertdə bu duyğuları biz sizə musiqi dili ilə çatdıracağıq”.
Konsert əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin müşayiəti ilə baş tutub. Proqramda milli və dünya klassik musiqisindən seçilmiş əsərlər səsləndirilib.
Gənc ifaçıların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi
"Şekspir və Milton olmasaydı..." - Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində"
Amerikaya səs saldı, SSRİ-də qadağan edildi – Üzeyir bəyin evində yaşayan Xalq artisti
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.