AZ

Belə xalqa və paytaxta sahib olduğunuz üçün bəxtəvərsiniz Mira Bondemade FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını ziyarət edən xarici qonaqlar tədbirin təşkilatçılığına və Bakının görünüşünə heyran qalıb.

Kamerundan gələn “A.C.E Consulting” şirkətinin nümayəndəsi Mira Bendomade Avtosfer.az-a müsahibə verib. O bildirib ki, bura  “A.C.E Consulting”  şirkəti olaraq Kamerundan olan gənc sahibkarları təmsil edir.

“WUF13 mənim üçün möhtəşəm bir təcrübə oldu. Bu, inanılmaz bir proqramdır. Düşüncə tərzlərini dəyişən, insanı heyrətləndirən bir tədbirdir. Çox mühüm mövzuların müzakirəsi bütün ölkələrin təmsilçiləri üçün önəmli təcrübə rolu oynadı. Ümumilikdə, Bakı çox gözəl şəhər və məkandır. İnsanlar isə çox qonaqpərvərdir və sizin üçün əllərindən gələni etməyə hazırdırlar. Mən deyərdim ki, insanlar sadəcə möhtəşəmdirlər. Bu cür qonaqpərvər xalqa və gözəl paytaxta sahib olduğunuz üçün bəxtəvərsiniz”.

Səfər Əlizadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
avtosfer.az

1Mənbələr