Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvandan Rusiyaya gül daşınmasına qoyulan məhdudiyyətləri şərh edərkən deyib.
"Bu vəziyyət unikal deyil və son 8 ildə müxtəlif məhsullarda oxşar hadisələr dəfələrlə baş verib. Malların (o cümlədən Aİİ malları kimi təkrar ixrac edilən üçüncü ölkələrdən olan malların) keyfiyyəti və mənşəyi məsələləri Aİİ-də ən yüksək səviyyədə müzakirə olunub. Ölkə liderləri vaxtaşırı bütün bu məsələləri (və təkcə Ermənistanla bağlı deyil) Ali İqtisadi Şurada və Aİİ-in Hökumətlərarası Şurasında müzakirə edirlər.
Dostluq dostluqdur, vəzifə də vəzifədir. Əgər münasibətlər dostcasınadırsa, bu o deməkdirmi ki, Aİİ standartlarına cavab verməyən mallar heç bir monitorinq olmadan ölkəyə buraxılmalıdır?” - o bildirib.