Bakı, 22 may, AZƏRTAC
WUF13 urbanizasiya ilə bağlı mühüm məsələlərin qlobal səviyyədə müzakirəsi üçün uğurlu platformaya çevrilib.
Bu fikri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində AZƏRTAC-a açıqlamasında Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland deyib.
“Düşünürəm ki, WUF13 çox uğurlu keçib. Azərbaycan gördüyü işlərlə fəxr etməlidir. Çünki ölkə urbanizasiya ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün dünyanı bir araya gətirib”, - deyə Patrisiya Skotland qeyd edib.
Müxbir - Aytən Abbaslı