AZ

Efiopiyalı tələbə: WUF13-də təşkilatçılıq yüksək səviyyədədir

Bakı, 22 may, AZƏRTAC

Mən əvvəllər Azərbaycanı yalnız şəkillərdən görmüşdüm və ölkə haqqında çox da məlumatım yox idi. Lakin bura gəldikdən sonra şəhərin memarlığını çox sevdim. İnsanlar olduqca yardımsevər və qonaqpərvərdirlər. Forum yüksək səviyyədə təşkil olunub, keçirilən tədbirləri çox bəyəndim.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən efiopiyalı tələbə Zeynəb Hüseyn İsmayıl deyib.

İştirakçı, həmçinin bu tədbirdən mühüm təcrübə qazanacağına inandığını bildirib. Qeyd edib ki, o, bu təcrübəni ölkəsinin gələcək inkişafı naminə orada tətbiq edəcək.

Seçilən
33
1
azertag.az

2Mənbələr